Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar zərfi hazırlayıb

17 fevral, 2022 21:38

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar zərfi hazırlayıb.

Xarici KİV xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrell Avropa İttifaqı-Afrika İttifaqı zirvə görüşü ərəfəsində bildirib.

“Biz bütün səylərimizi diplomatiya istiqamətinə yönəldəcəyik. Bununla belə, sanksiyalar zərfini də hazırlamışıq. Bu, çox sərt tədbirlərdir”, - diplomat qeyd edib.