Polşa Rusiya ilə sərhədə hasar tikəcək

18 fevral, 2022 00:07

Polşa Rusiya ilə sərhədə hasar tikməyi planlaşdırır.

Bu barədə Polşanın müdafiə nazirinin müavini Voytsex Skurkeviç məlumat verib.

“Hazırda sərhəddə hasar çəkmirik, sadəcə olaraq planlaşdırırıq”, – deyə Skurkeviç bildirib.

Qeyd edək ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə həmsərhəddir. 2 ölkə arasında quru sərhədinin uzunluğu 203,3 kilometrdir.