Ermənistanda prezident seçkilərinin vaxtı açıqlandı

18 fevral, 2022 10:50

Ermənistanda prezident seçkilərinin martın 3-də keçirilməsi nəzərdə tutulur.

Bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.

Martın 1-i ölkə parlamentinin növbəti sessiyası başlayır və həftə ərzində ölkəyə yeni prezidentin seçilməsi də planlaşdırılır.