Putinlə məsləhətləşirik ki, vəzifədə nə qədər qalım...

18 fevral, 2022 22:44

"Mənim nə qədər müddətə prezident olacağım? Biz elə indi böyük qardaşımla (Vladimir Putin nəzərdə tutulur – red.) məsləhətləşib qərar verəcəyik. Nədən narahatsınız? Hər şey qaydasında olacaq".

Bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko Putinlə görüşdən sonra medianın “Nə qədər müddət prezident vəzifəsində qalacaqsınız?” sualına cavabında zarafatla deyib.

Qeyd edək ki, bu gün Lukaşenko Putinlə görüşüb.