Donbassdan əhali "təcili köçürülür", kəşfiyyat sosial obyektlərin partladılacağı haqda xəbərdarlıq edir - Tamaşa, yoxsa reallıq?

19 fevral, 2022 15:04

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi xəbərdarlıq edib ki, Rusiya diversantları Donetskdə, separatçıların nəzarətindəki ərazilərdə sosial əhəmiyyətli infrastruktur obyektlərini partlatmağa hazırlaşır. Məqsəd bu partlayışlara görə günahı Ukraynanın  üzərinə atmaqdır.

Kəşfiyyat İdarəsi Donetsk əhalisinə müraciət edib ki, evlərini tərk etməsinlər və ictimai nəqliyyatdan istifadə etməkdən çəkinsinlər. Belə ki, Rusiya xüsusi xidmət orqanları bir sıra sosial obyektləri artıq minalayıb və daha sonra partlayışlar törədiləcək.

Xatırladaq ki, Donbassda, təmas xəttində vəziyyət fevralın 17-dən etibarən kəskinləşib. Eskalasiyanın başlamasına görə tərəflər bir-birlərini ittiham edirlər. Şübhə yoxdur ki, təmas xəttində vəziyyətin gərginləşməsi Rusiyanın Ukraynaya qarşı gözlənilən irimiqyaslı hücum planının tərkib hissəsidir, hansı ki, Qərb kəşfiyyatı neçə vaxtdır hadisələrin məhz bu cür inkişaf edəcəyi haqda xəbərdarlıqlar edirdi.

Ötən gün qondarma “Donetsk xalq respublikası”nın rəhbəri Denis Puşilin əhalinin Rusiyaya kütləvi təxliyəsinin başladığını elan edib. Və bu qaçılmaz müharibə təhlükəsiz, Ukraynanın gözlənilən hücumu ilə əsaslandırıb. Hansı ki, yerlərdəki müxbirlər atəşkəsin pozulması hallarının elə də intensiv olmadığını, söhbətin vaxtaşırı olaraq yaranan adi eskalasiyadan gedə biləcəyini deyirlər. Buna baxmayaraq separatçı rejim 700 min qadın, qoca və uşaqların Rusiyaya təxliyəsini başladıb. Üstəlik məlum olub ki, bu barədə əmr hələ təmas xəttində vəziyyət gərginləşməzdən əvvəl, fevralın 16-da imzalanıb.

Rusiya telekanalları Donbassdan “soyqırım təhlükəsi” ilə üzləşən əhalinin necə köçürüldüyünə dair dramatik süjetlər yayır, prezident Vladimir Putin Donbassdan köçürülən əhaliyə təcili dəstəyin göstərilməsinə dair sərəncam verib, bu məqsədlə 5 milyard rubl ayrılıb. Bu gün səhər saatlarına olan xəbərlərə görə 7 mindən çox adam təxliyə olunub.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI