Azərbaycanın İrandan idxalı 24% artıb
19 fevral, 2022 20:30
Bu ilin yanvar ayında Azərbaycanın İran ilə ticarət dövriyyəsinin həcmi 36,534 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 21,6% çoxdur.
Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub.
Yanvarda ölkənin İrana ixracı illik müqayisədə 12,7% azalaraq 1,449 mln. dollar, idxal isə 23,6% artaraq 35,085 mln. dollar təşkil edib.
Nəticədə, 2022-ci ilin yanvar ayında Azərbaycanın İran ilə 33,637 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu da illik müqayisədə 25,8% çoxdur.