Daha bir ölkə vətəndaşlarını Ukraynadan çıxarır - Bəs həmrəylik?

20 fevral, 2022 00:21

Qərb ölkələri Ukraynaya dəstək ifadə etsələr də, öz vətəndaşlarını və diplomatik korpusların münayəndələrini bu ölkədən çıxarırlar. Sanki Ukrayna blokadaya salınır. Bu, Qərb-Rusiya oyunu olmasın?! 

Bu dəfə İsrail öz vətəndaşlarını Ukraynanı mümkün qədər tez tərk etməyə çağırıb.

İsrailin Xarici İşlər Nazirliyi ölkədə münaqişənin alovlanması ehtimalına görə bu addımı atıb.

Bu gün XİN-də keçirilən müşavirə və Münhen konfransının iştirakçıları ilə məsləhətləşmədən sonra İsrail bir daha vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb. Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər” - deyə İsrailin xarici siyasət idarəsi bildirib.