"Qərb 1991- ci ildə Qorbaçova NATO- nu genişləndirməməyi vəd edib" - "Şpigel" jurnalı

21 fevral, 2022 01:05

Bu yaxınlarda tapılan 1991- ci ilin sənədləri Rusiyanın NATO- nun ünvanına ittihamlarını təsdiq edir. Britaniya arxivində tapılan sənəd 1989-1991- ci illərdə aparılan danışıqlar zamanı Qərb dövlətlərinin NATO- nu Şərqə doğru genişləndirməməyi SSRİ-yə vəd etdiklərini sübut edir. 

Bunu Almaniyanın "Şpigel" jurnalı yazıb.

Qorbaçov  ADR-i və digər "sosializm ölkələri"ni müqavimətsiz təslim edib. Əvəzində amerikalılar və avropalılar NATO- nu sülh qurumuna çevirməyi planlaşdırıb.

Rusiya oniliklər ərzində iddia edir ki, NATO- nun Şərqə doğru genişləndirilməsi ilə Berlin divarının çökməsindən dərhal sonra Qərbin verdiyi vədlərin pozulmasıdır.

Budur, indi diqqəti çəlb edən sənəd peyda olub.

Hələ bir neçə həftə öncə NATO- nun baş katibi Yens Stoltenberq özündən çox razı görünürdü. Norveçli diplomat "NATO 90- cı illərdə Şərqə doğru genişlənməməyi vəd edibmi?" barədə   "Şpigel"in sualına inamlı cavab verərək deyib ki, "bu, sadəcə, yalandır. Belə vəd heç vaxt verilməyib, heç bir pərdəarxası razılaşma olmayıb. Bu, sadəcə, saxtakarlıqdır".

Doğrudanmı?

Stoltenberq kimi, Qərbin bir çox siyasətçiləri, hərbçiləri və jurnalistləri də vəziyyəti belə görürlər.

Bu, ümumi mövqedir: 1999-cu ildə Polşanın, Macarıstanın, Çexiyanın, sonradan isə digər Şərqi Avropa ölkələrinin NATO-ya qəbul edilməsi, guya, Berlin divarının çökməsindən sonra Moskva ilə razılaşmalara zidd olmayıb. Bu ümumi mövqe aydındır. Rusiya prezidenti Putin bununla əlaqədar olaraq hər zaman təkrarlayır ki, Qərb NATO- nu Şərqə doğru genişləndirməklə onun ölkəsini aldadıb. Madam ki, bunu Putin iddia edir, Qərbdə kim Putin təbliğatına yardımçı olması ittihamlarına məruz qalmaq istəyər ki?

Hər halda Stoltenberqin versiyası suallar doğurur. Bunu Britaniya Milli arxivindən tapılan sənəd də sübut edir. Bu sənədi amerikalı politoloq Coşua Şifrinzon axtarıb tapıb, özü də ilkin olaraq sənəd məxfiləşdirilib. Sənəddə söhbət  1991- ci il martın 6- da ABŞ, Britaniya, Fransa və Almaniyanın nüfuzlu diplomatlarının görüşü haqqında gedir. Görüşün mövzusu Polşanın və digər Şərqi Avropa ölkələrinin təhlükəsizliyindən ibarət olub.

ADR və AFR bu görüşdən beş ay öncə birləşib. Bir çox aylar ərzində Varşavada və Budapeştdə siyasətşilər Qərb dövlətləri ittifaqına öz maraqları barədə siqnallar göndərib. Bu sənəd sübut edir ki, o zaman britaniyalılar, amerikalılar, almanlar və fransızlar yekdil olub: Şərqi Avropa ölkələrinin NATO- ya üzvlüyü "qəbuledilməzdir".

Sənəddə Almaniyanın nümayəndəsi Yurgen Hroborqun qeydi xüsusi maraq doğurur: "2 + 4 formulu üzrə danışıqlar zamanı biz açıq-aydın izah etdik: NATO Elbanın o biri tərəfinə genişləndirilməyəcək. Ona görə də biz Polşaya və digər Şərqi Avropa ölkələrinə NATO- ya üzvlüyü təklif edə bilmərik".

Xatırladaq ki, 2 + 4 formulu üzrə danışıqlar AFR və ADR- in ikinci dünya savaşında qalib olan dörd dövlətin- Britaniya, SSRİ, ABŞ və Fransanın nümayəndələri ilə aparılan danışıqlardır.

Hələ 1993- cü ildə, Putin rejimindən bir çox illər öncə, ruslar NATO- nun Şərqə doğru genişlənməsi planlarının 2 + 4  formulu üzrə aparılan danışıqların və nəticədə əldə edilən sənədin ruhuna zidd olduğunu qeyd edirdilər. Onlar, sənəddən də göründüyü kimi, 1991- ci ildə AFR rəhbərliyinin - kansler Helmut Kol və xarici işlər naziri Hans-Ditrix Genşerin rəsmi bəyanatlarına istinad edib.

Amerikalılar da həmçinin 1991- ci ildəki vəziyyəti məhz belə görüb, necə ki, hazırda onu Putin görür. Əgər sənədə inansaq, ABŞ nümayəndəsi Raymond Zayts Hroborqla razılaşaraq deyib: "Biz Sovet İttifaqını aydın şəkildə inandırdıq ki, sovet qoşunlarının Şərqi Avropadan çəkilməsindən heç bir mənfəət əldə etmək niyyətində deyilik. NATO Şərqə doğru genişlənməməlidir- formal və ya qeyri- formal olaraq".

Bununla belə, Qərb Berlin divarının çöküşündən sonra Kreml ilə NATO- nun Şərqə doğru genişləndirilməsini istisna edən hüquqi öhdəlik yaradan saziş imzalamayıb. Görünən odur ki, həmin danışıqların bütün iştirakçıları vicdanla hərəkət edib. Qorbaçovun  SSRİ- ni demokratikləşdirmək vədlərindən sonra Şərqdəki imperiya islahatlara hazır görsənirdi, Qorbaçov hətta SSRİ- nin NATO- ya qəbul edilməsi variantını nəzərdən keçirməyi də vəd etmişdi. Cavabında Kol, Genşer və başqa Qərb siyasətçiləri həqiqətən NATO- da islahat keçirib onu hərbi blokdan siyasi bloka çevirmək və Kremlin maraqlarını ciddi surətdə nəzərə almaq istəyində olub. Belə güman edilib ki, məsələ NATO- nun Şərqə doğru genişləndirilməsinə aparıb çıxarmayacaq.

Klaus Viqrefe (Klaus Wiegrefe)

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI