Ərdoğan Ukrayna-Rusiya böhranı haqqında nə düşünür? - "Belə bir vəziyyətdə nəticənin nə olacağını bilmək üçün..."

23 fevral, 2022 15:34

“Hər kəs ancaq danışır, iş görən yoxdur”.

Türkiyənin “Sabah” nəşri xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna-Rusiya böhranını şərh edərkən söyləyib.

“İndiyədək Ukraynada ciddi hərbi kontingent göndərməyimizə ehtiyac olmayıb. Rusiya isə sərhəddə ciddi miqdarda əsgər yığıb. Belə bir vəziyyətdə nəticənin nə olacağını bilmək üçün kahin olmağa ehtiyac yoxdur”, - o bildirib.