"Rusiya ilə bundan artıq nə imzalamalıyıq?" - Fazil Mustafa

23 fevral, 2022 17:41

“Moskva Bəyannaməsi Şuşa Bəyannaməsindən sonra Azərbaycanın ən uğurlu diplomatik həmlələrindən biri idi. Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi fonunda digər qonşu ölkələrlə də normal münasibətlərin uzunmüddətli tənzimlənməsinə xidmət edən bir sənəddir”.

Bunu Milli Məclisin deputatı, Azərbaycan – Rusiya parlamentlərarası işçi qrupunun üzvü Fazil Mustafa Azərbaycan və Rusiya liderlərinin ötən gün imzaladığı Moskva Bəyannaməsini şərh edərkən bildirib.

Deputatın sözlərinə görə, Rusiya ilə münasibətlərdə də Azərbaycan bərabərhüquqlu sənədə imza ata bilib: “Sənədin elə birinci maddəsinə baxmaq kifayətdir ki, Moskva bəyannaməsi ilə bağlı bütün spekulyasiyalara son qoyulsun. Bəyannamədə qeyd olunur ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Rusiya ilə bundan artıq nə imzalamalıyıq?”.

Fazil Mustafa deyib ki, sənəddə Azərbaycanın marağına zidd bircə məqam belə yoxdur: “Hətta, Azərbaycanın gələcəkdə istifadə edə biləcəyi bir maddə (18-ci maddə -red.) var. Bu, beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq, transmilli mütəşəkkil cinayətkarlıq və digər bu tipli təhdidlərin qarşısının alınması üçün səylərin birləşdirilməsidir. Bu nə deməkdir? Qarabağda baş verə biləcək hər hansı separatçı hərəkətlərə qarşı Azərbaycan addım atarkən Rusiya ilə müqavilənin məhz bu maddəsinə istinad edəcək. Digər tərəfdən də bəyannamədə ümumi müddəalar – humanitar, iqtisadi, ticarət, mədəni və başqa sahələrdə olan münasibətlər baxımından bir standart, uyğunlaşma, uzlaşma var. Rusiya böyük dövlət kimi Azərbaycanı bərabərhüquqlu bir dövlət statusunda müttəfiqlik formatında münasibət qurursa, biz ondan niyə imtina etməliyik?”.

İşçi qrupunun üzvü bildirib ki, Azərbaycan qonşu dövlətlərlə normal münasibətləri gücləndirməli və hər hansı bir təhlükəni yaxın məsafədən baş verməsi riskini azaltmalıdır: “Baş verənlər Azərbaycanın milli maraqlarına cavab verən addımlardır. Moskva Bəyannaməsinin imzalanması tarixin bu dövründə Azərbaycanın ən faydalı addımlarından, öz marağını təmin edən addımlardan biridir”.

Millət vəkili vurğulayıb ki, Azərbaycanla Rusiya arasında müttəfiqlik Ermənistana böyük zərbədir: “Artıq Ermənistan müttəfiqlik əlaqələri, üçüncü tərəfin mübahisələrə cəlb edilməsi kimi məsələlərdən sui-istifadə edə bilməyəcək. 44 günlük Vətən Müharibəsi zamanı gedən proseslər göstərdi ki, Rusiya öz milli marağından çıxış edən bir dövlətdir və Azərbaycanla da normal münasibət qurmağa birbaşa maraq göstərən ölkədir. Ona görə də hər hansı bir şəkildə Ermənistanın Rusiyaya daha yaxın müttəfiq olması məsələsi bir az fiksiyadır. Çünki kollektiv içində Ermənistanın boyu çox balaca görünür, onun müttəfiqliyinin dəyəri də yoxdur. Azərbaycanın müttəfiqliyi isə bərabərhüquqlu müttəfiqlikdir. Bu, artıq iki bir-birinə hörmət edən dövlətin prosesə, problemlə, gələcəyə baxışını özündə ehtiva edir. Yenə də söyləyirəm - 43 maddəlik bəyanatda Azərbaycanın marağına toxuna biləcək hansısa bir məqamla rastlaşmadım”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI