Zaxarova, Solovyov, Simonyan və digərləri Aİ-nin "Qara siyahı"sına düşə bilər - "Financial Times"

24 fevral, 2022 00:37

Avropa İttifaqı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova və teleaparıcı Vladimir Solovyova qarşı sanksiyalar tətbiq edə bilər.

Bu barədə “Financial Times” məlumat yayıb.

Bir müddət əvvəl ABŞ-ın “Politico” nəşri də Aİ-nin “Russia Today” xəbər agentliyinin və telekanalının baş redaktoru Marqarita Simonyana və Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirib.