Müharibə başladı: Ukraynanın şəhərləri vurulur - VİDEO

24 fevral, 2022 09:33

Rusiya prezidenti Vladimir Putin müharibə elan etdikdən dərhal sonra Ukrayna istiqamətində raketlər “yağmağa” başlayıb.

Yayılan kadrlardan görünür ki, Ukraynanın müxtəlif şəhərlərinə mərmilər atılır, “Qrad” qurğularından atəş açılır.

Xəbər qaynaqlarında bildirilir ki, Ukraynanın müxtəlif şəhərlərindəki strateji obyektlər qanadlı və ballistik raketlərlə vurulur.