Bayden Rusiyaya qarşı hərəkətə keçdi
24 fevral, 2022 09:49
Bu gün günorta saatlarında ABŞ Prezidenti Jo Bayden Rusiyanın Ukraynaya hücumu ilə bağlı çıxış edəcək.
Bu barədə adının çəkilməsini istəməyən yüksək rütbəli Ağ Ev rəsmisi KİV-ə yazılı məlumat ünvanlayıb.
Məlumatda bildirilir ki, Bayden Rusiyanın Ukraynaya qarşı əsassız və qeyri-qanuni hücumu ilə bağlı ABŞ və müttəfiqlərinin atacağı addımları açıqlayacaq.
Həmçinin, Baydenin Rusiyaya qarşı tətbiq edəcəyi yeni iqtisadi sanksiyaları açıqlaması gözlənilir.