Ukrayna DİN itkilərini açıqlayır
24 fevral, 2022 11:41
Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Kiyev vilayətinin Bravarı şəhərini atəşə tutması nəticəsində 1 nəfər ölüb, daha 6 nəfər isə xəsarət alıb.
Bu barədə məlumatı Ukrayna Daxili İşlər Nazirliyinin müşaviri Anton Geraşenko öz teleqram kanalında açıqlayıb.
Onun sözlərinə görə, aviazərbə nəticəsində bina və 4 mərtəbəli ev yanıb. Evin üçüncü və dördüncü mərtəbələrinə qismən zərər dəyib. Hazırda hərbçilər təxliyə əməliyyatları həyata keçirirlər.
***
Donetsk vilayətinin Mariupol şəhərində bir uşaq və 3 mülki şəxs yaralanıb.