İlham Əliyev Rusiya-Ukrayna problemindən danışdı - "İstərdik ki..."

24 fevral, 2022 15:17

"Biz Qərbin reaksiyasını o, praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik"

“Bilirsiniz ki, proqnoz vermək mən tərəfdən çox məsuliyyətsizlik olardı, çünki mən həmişə faktlardan istifadə etməyin, baş verən vəziyyəti bizə aid olan sahədə dəyərləndirməyin, bu vəziyyətin Azərbaycan üçün maksimum əlverişli formalaşması üçün mümkün olan hər şeyi etməyin tərəfdarıyam”.

Bunu fevralın 23-də Prezident İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşdə Rusiya-Ukrayna vəziyyəti və bu vəziyyətin bundan sonrakı inkişafına dair suala cavabında deyib.

“Düzünü desəm, Azərbaycan ilə Ermənistan arasında münasibətlər, bu münasibətlərin necə cərəyan edəcəyi barədə proqnoz vermək mənim üçün çətindir. Çünki bütün bunlar təzədir. Bizim bəyanatlarımız və sülhün bərqərar olmasına hədəflənməyimiz hələ ki, erməni rəhbərliyi tərəfindən ən azı açıq şəkildə qəbul edilmir. Buna görə də bu yaxınlarda baş verən hadisələr nəzərə alınmaqla dünyada vəziyyətin necə inkişaf edəcəyini proqnozlaşdırmaq çox çətindir. Fikrimcə, təkcə mənə deyil, bilavasitə bu prosesə cəlb edilənlərə də çox çətindir. Çünki hər şeyi və bütün əsas ölkələrin hərəkətini qabaqcadan görmək çox çətindir. Hətta İkinci Qarabağ müharibəsi başlananda, hətta o potensialla – həm siyasi, həm hərbi, həm iqtisadi potensialla biz hər şeyi qabaqcadan nəzərə ala bilmirdik. Çünki müharibəni qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Çünki təsdiqlənmiş planlar çərçivəsində gedirdik və yolumuzdan çıxmırdıq, lakin bu axında müxtəlif dolambaclar vardı. Rusiya ilə Ukrayna arasında vəziyyət barədə də bunu demək olar. Hər şey o qədər təzədir ki, hələ aparıcı paytaxtlardan biz yalnız təbii ki, büsbütün zidd bəyanatlar görürük. Vəziyyətin necə cərəyan edəcəyini deməyə çətinlik çəkirəm. Rusiyaya qarşı da sanksiyalar nədən ibarət olacaq? Axı, Qərb hələ də bunları elan etməyib. Yəni, hansısa eyhamlar edilir.

Mən eşitdim ki, sanksiya elan etmək istəmirlər, guya hesab edirlər ki, bu, onların elan olunmamasının qarşısının alınması amili ola bilər, elan isə onların nöqteyi-nəzərindən əl-qolu açacaq. Lakin bu, sizin kimi mənim də həm Rusiya televiziyasına, həm Türkiyə televiziyasına, həm də Britaniya televiziyasına, mənim linqvistik bacarıqlarım imkan verdiyi qədər baxaraq çıxardığım elə həmin təhlildir. Mən hansısa analogiyalar və analiz, vəziyyəti bilmək nöqteyi-nəzərindən sizdən çox məlumata malik deyiləm, çünki biz Rusiya ilə çox sıx işləyirik, Ukrayna ilə də bizim münasibətlərimiz inkişaf edir. Nəyisə təxmin edə bilərəm, lakin əminəm ki, dediyim kimi, bilavasitə cəlb edilənlər hər şeyi proqnozlaşdıra bilməzlər. Bunun üçün planları bilmək lazımdır. Bunun üçün Rusiya rəhbərliyinin planlarını, Ukrayna rəhbərliyinin planlarını, imkanlarını bilmək lazımdır. Biz Qərbin reaksiyasını o, praktik müstəviyə – bəyanatlardan fəaliyyətə keçəndə təxmin edə bilərik. Hələ ki, bütün bunları proqnozlaşdırmaq çox çətindir, lakin birmənalıdır ki, bu, uzunmüddətli prosesin başlanğıcıdır. Birmənalıdır ki, Rusiya Federasiyasının Prezidenti bu qərarı qəbul edəndə, yəqin düşünürəm ki, o da bu prosesin uzun olduğunu nəzərə alıb. Mən hesab edirəm ki, Rusiya özünün potensialı, coğrafiyası, imkanları ilə istənilən növ sanksiyaya davamlıdır. Bu, mənim şəxsi fikrimdir və bu, Rusiyaya tətbiq edilmiş həmin sanksiyalarla təsdiq edilir. Əslinə baxanda həmin sanksiyalar Rusiya istehsalçılarına idxaldan asılılığı azaltmaqda kömək etdi. Yəni, mən birmənalı əminəm ki, sanksiya yolu səmərəsizdir. Əlbəttə, o, Rusiya iqtisadiyyatına sözsüz ki, zərər vuracaq. Prezident Putin bu qərarı qəbul edəndə, yəqin ki, o, bunun hamısını hesablayıb. Lakin bu, həmin sanksiyaları tətbiq edənlərə də birmənalı şəkildə zərər vuracaq. Çünki ixrac üçün, özü də yüksək texnologiya məhsulları üçün ikinci belə perspektivli bazar tapmaq çətindir. Bu, mənim deyə biləcəyim maksimum bundan ibarətdir. Bu mövzunu 30 il ərzində bizə hər zaman çağırış edilən məlum ifadələrlə bitirmək istəyirəm: “Bütün məsələləri sülh yolu ilə həll etmək lazımdır”. Biz bunu 30 il eşitdik, 30 il çalışdıq, lakin heç nə alınmadı. Buna görə də, əlbəttə, istərdik ki, hər şey sülh yolu ilə həll edilsin, lakin bu, həyatda, təəssüf ki, heç də hər zaman, mümkün olmur”, – dövlət başçısı bildirib.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"