Rusiya XİN Azərbaycanla bağlı səhvini düzəltdi - FOTOLAR

24 fevral, 2022 15:19

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb.

Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb.

Sözügedən müqavilədə “Şərqi Ermənistan” sözünə istinad edilib. Azərbaycan XİN bununla bağlı açıqlama yayaraq Rusiyanı XİN-i bu təhrifi aradan qaldırılmağa çağırıb.