Britaniyadan Rusiya və Belarusa ağır sanksiyalar

24 fevral, 2022 22:52

Böyük Britaniyanın Baş naziri Boris Conson Rusiyaya qarşı yeni sanksiyaları açıqlayıb.

Sanksiyalar eyni zamanda Belarusa da tətbiq olunacaq.

Qərara əsasən, Rusiyanın bütün banklarının İngiltərə banklarındakı əməliyyatları dondurulacaq və valyuta satılmayacaq. 

Hazırda Rusiyanın "SWIFT"dən çıxarılması da müzakirə olunur.