Kiyev mühasirəyə düşə bilər - Ukrayna ordusu körpüləri partladır

25 fevral, 2022 12:48

Ukraynanın hərbi qüvvələri Rusiya hərbçilərinin irəliləməsinə mane olmaq üçün paytaxt Kiyev yaxınlığında iki körpünü partladıb. 

Bu barədə Ukrayna Daxili İşlər Nazirliyindən bildirilib.

Hadisə cümə axşamı Rusiya qüvvələrinin Ukraynaya daxil olmasından və ölkəyə raket zərbələri endirməsindən sonra baş verib.

Qeyd olunub ki, Kiyevin qərbindəki İrpində və Hostomeldə yerləşən daha bir körpü partladılıb.