Aşkarlanan kütləvi məzarlıqlar... - Erməni vəhşiliyi dünyaya nümayiş olunur

25 fevral, 2022 13:57

Prezident: "Kütləvi məzarlıqların yerləri bildirilmir”.

Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı maraqlı məqamlara toxundu.

İ.Əliyev “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru, erməni əsilli Marqarita Simonyanın qərəzli suallarını cavablandırarkən kütləvi məzarlıqlardan da danışdı:

“Bizdə indiyədək itkin düşənlərimizin sayı təqribən 4 mindir. Əfsuslar olsun ki, onlar bizə qaytarılmır və kütləvi məzarlıqların yerləri bildirilmir”.

Görüşdən bir gün sonra, fevral ayının 24-də Xocavəndin Edilli kəndində kütləvi məzarlığın aşkarlandığı ilə bağlı məlumatlar ortaya çıxdı. Birinci Qarabağ Müharibəsi zamanı erməni hərbi birləşmələri əsir götürdükləri azərbaycanlıları, mülki əhalini qətlə yetirərək quyulara töküblər.

Kütləvi məzarlıq Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilib.

Ermənilər azərbaycanlılara qarşı həyata keçirdiyi terror siyasatənin miqyası təkcə Xocavəndlə məhdudlaşmır.

1992-1992-cü illərdə itkin düşən, ermənilər tərəfindən əsir götürülən minlərlə azərbaycanlının taleyindən xəbər yoxdur. Bu azərbaycanlıların indiyə qədər yaşaması ehtimalı çox azdır.

Bu faktor onu deməyə əsas verir ki, ermənilər eyni vəhşiliyi müxtəlif ərazilərimizdə də törədiblər. Təsadüfi deyil ki, araşdırmalar zamanı işğaldan azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcudluğu ortaya çıxıb.

Böyük ehtimalla kütləvi məzarlıqların olduğu ərazilər minalanıb. Ona görə də indiki situasiyada həmin ərazilərdə kütləvi məzarlıqları tapmaq çətinliklər yaradır. Digər tərəfdən, Ermənistan bütün minalanmış əraizlərin xəritələrini Azərbaycana təhvil verməyib.

Kütləvi məzarlığın aşkarlandığı ərazinin beynəlxalq ictimaiyyətə nümayişi prosesi də başlayıb.

Belə ki, artıq xarici KİV nümayəndələri Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlığa baş çəkib. Kütləvi məzarlıqlara baş çəkən nümayəndə heyətinə 26 xarici media qurumunun nümayəndəsi daxildir. Onlar 12 ölkəni təmsil edirlər.

Müxtəlif ölkələrin media qurumlarının təmsilçilərinin erməni vəhşiliklərini öz gözləri ilə görməsi olduqca əhəmiyyətli hadisədir.

Azərbaycanlıların kütləvi dəfn olunması ehtimalının olduğu ərazilərə 1991-ci il oktyabrın sonunda və noyabr ayı ərzində qətliam törədildiyi Çəmənli, Malıbəyli, Kərkicahan, Meşəli, Quşçular kəndləri də daxildir. Ermənilər eyni vəhşilikləri Kəlbəcər rayonunun Ağdaban, Şuşanın Daşaltı, Qazaxın Bağanis kəndində də həyata keçiriblər.  Laçınlılara qarşı törədilən Ballıqaya faciəsi nəticəsində onlarla azərbaycanlı amansız üsullarla qətlə yetirilib.

Kütləvi məzarlıqların aşkarlanması dünyadakı anoloji hadisələrin araşdırılmasını da zəruri edir. Məsələn, bir nümunəyə diqqət edək.

Ermənilərin törətdikləri vəhşilikləri “Holokost” soyqırımı ilə müqayisə etmək olar. Həm azərbaycanlılar, həm də yəhudilər ən amansız üsullarla qətlə yetiriliblər, onlar evlərində, sobalarda yandırılıblar. Bədən üzvləri bir neçə hissəyə parçalanıb, körpələr, qadınlar, ahıllar tikə-tikə doğranıb, onların cəsədlərinin qalıqları da məhv edilib. Yəhudilərin kökünün kəsilməsi “ideologiyası” ilə azərbaycanlıların məhv edilməsinə yönələn “dənizdən-dənizə Ermənistan” iddiaları (oxu: erməni xəstəliyi) tamamilə eynilik təşkil edir. Digər xalqlara qarşı nifrət, onların fiziki məhvi “faşizm-erməni nevrozu” terminini elmi ədəbiyyata gətirib.

"Holokost" və Xocalı

Bir müddət Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov da kütləvi məzarlıqların aşkarlanması ilə bağlı danışmışdı:

“Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra qısa müddət ərzində orada kütləvi məzarlıqlar tapılmışdı. Təbii ki, biz burada minlərlə insandan danışımırıq, amma ən azı bəlli sayda insan qalıqları tapılıb. Qısa müddət ərzində Azərbaycan tərəfi bunu işğaldan azad olunmuş ərazilərdə müəyyən edib tapa bilirdisə, demək, həmin o işləri törətmiş erməni tərəfi buna çox yaxşı bələd idi”.

Milli Məclisin üzvü Elman Məmmədov yerli mediaya açıqlamasında deyirdi:

“Kütləvi məzarlıqlar Xocalı rayonunun özündə və ətrafında, Qaradağlı və Tuğ istiqamətində, Laçında, Kəlbəcərdə isə artıq bir neçə yerdə aşkar edilib. Zori Balayan kimi vəhşilər, türklərin qanına susamış canilər öz kitablarında da qeyd ediblər. O vaxtı günahsız insanların diri-diri xəndəklərə gömülməsini görən bir neçə rus xatirələri haqqında danışarkən o vəhşiliklərə şahid olduqalarını deyib”.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsi zamanı 71-i uşaq, 267-si qadın və 326-sı ahıl olmaqla, ümumilikdə 4000-ə Azərbaycan vətəndaşı itkin düşüb.

Müəllif: Samir Feyruzov

Azsiyaset.com

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI