Putin diversantları artıq Kiyevdə! - Ukrayna Müdafiə Nazirliyi əhalini "Molotov"larla silahlanmağa çağırdı

25 fevral, 2022 14:24

Ukrayna Müdafiə Nazirliyi Kiyev əhalisinə Rusiya diversantlarının Obolon bölgəsində yerləşdirilməsi ilə bağlı xəbərdarlıq edib.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook”da paylaşdığı mesajında ​​deyilir.

Şəhər sakinlərindən düşmən aşkar edilərsə, zərərsizləşdirilməsi üçün yandırıcı "Molotov" qarışıqları hazırlamaq tapşırılıb.

"Obolonda düşmən diversiya qrupları var. Vətəndaşlardan texnikanın hərəkəti barədə məlumat vermələrini xahiş edirik! "Molotov" kokteyli hazırlayın, işğalçını zərərsizləşdirin! Mülki əhali - ehtiyatlı olun! Evdən çıxmayın", - Ukrayna Müdafiə Nazirliyi belə yazır.