"Azərbaycanlı qardaşlarımızın yanındayıq" - Hülusi Akar

27 sentyabr, 2020 13:47

"Qafqazdakı sülh və sabitliyə ən böyük maneə Ermənistanın təcavüzkar mövqeyidir.

 

Azsiyasət.com xəbər verir ki, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

Akar bəyan edib ki, bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.

 

"Ermənistanın xain hücumlarını qınayırıq. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq", - Akar bildirib.