Putindən Ukrayna hərbçilərinə çağırış - "Hakimiyyəti əlinizə alın"

25 fevral, 2022 22:27

Rusiya Prezidenti Vladimir Putin Ukrayna hərbçilərini ölkədə hakimiyyəti öz əllərinə almağa çağırıb.

Kreml rəhbəri bu barədə Təhlükəsizlik Şurasının iclasında deyib:

“Hakimiyyəti öz əlinizə alın. Görünür, bu, olacaq. Kiyevdə məskunlaşan və bütün Ukrayna xalqını girov götürən bu narkoman və neonasist dəstəsi ilə danışıqlar aparmaqdansa, görünür, bizim üçün sizinlə danışıqlar aparmaq daha asan olacaq”.

Putin həmçinin Ukrayna əsgərlərini radikalların dinc əhalidən canlı qalxan kimi istifadə etməsinə imkan verməməyə çağırıb.

"Ukrayna Silahlı Qüvvələrinin hərbçilərinə bir daha müraciət edirəm - neonasistlərə və banderaçılara uşaqlarınızdan, arvadlarınızdan və qocalarınızdan canlı qalxan kimi istifadə etmələrinə icazə verməyin".