Belçikada Avropada yaşayan azərbaycanlı icma nümayəndələri Xocalı qurbanlarını yad etdilər - FOTOLAR

26 fevral, 2022 11:40

Xocalı soyqırımının 30-cu ildönümü ərəfəsində Azərbaycanın Belçikadakı səfirliyində Avropada yaşayan azərbaycanlı icma nümayəndələri ilə görüş baş tutub. 

Demokrat.az xəbər verir ki, görüşdə Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov, Azərbaycanın Belçikadakı səfirliyi, NATO yanında Nümayəndəliyinin əməkdaşları, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Avropa Azərbaycanlılar Konqresinin prezidenti Sahil Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Muradlı, "Demokrat.az" xəbər portalının baş redaktoru Vasif Həsənli və digər qonaqlar iştirak edib.

Tədbirdə Xocalı soyqırımı qurbanlarının və canlarını Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə çıxış edən səfir Vaqif Sadıqov Xocalı soyqırımının dəhşətli nəticələrindən, günahsız insanlara qarşı törədilən soyqırımının bəşəriyyət əleyhinə qanlı cinayət olmasından danışıb, səfirliyin fəaliyyət istiqamətləri, Belçika-Azərbaycan arasındakı münasibətlər barədə məlumat verib, azərbaycanlı icmanın Belçika və Lüksemburqdakı fəaliyyətindən söhbət açıb.

Səfir Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək, bu soyqırımının Azərbaycan xalqının tarixində ən ağır və dəhşətli qara səhifə olduğunu qeyd edib, 44 günlük Vətən müharibəsinin nəticəsində 2020-ci ilin noyabr ayında Azərbaycan xalqının tarixi torpaqlarını geri qaytararaq Zəfər əldə etdiyini bildirib, hazırda orada gedən irimiqyaslı bərpa işlərindən danışıb.

ATXƏM sədri İlham İsmayılov isə bildirib ki, bu il Xocalı qurbanlarının xatirəsini əvvəlki illərdən fərqli olaraq qalib xalq kimi yad edirik.

Azərbaycanın qalib dövlət olduğunu vurğulayan İlham İsmayılov qeyd edib ki, xaricdəki diasporumuz nə qədər güclü olarsa, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması da bir o qədər asan olacaq.

ATXƏM sədri dövlətlə diaspora təşkilatlarının daha koordinasiyalı şəkildə çalışmasını vacib sayıb.

Tədbirdə çıxış edən AAK sədri Sahil Qasımov, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Finlandiya Azərbaycan Assosiasiyasının həmsədri Arzu Muradlı, Brüsseldə yaşayan azərbaycanlı iş adamı Ədalət Quliyev və digər qonaqlar görüşün təşkilinə görə səfir Vaqif Sadıqova təşəkkür ediblər.

Daha sonra tədbir iştirakçıları Azərbaycanın Belçika Krallığındakı səfirliyinin binası ilə tanış olublar.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"