Rusiya Ukraynada vurduğu hərbi texnikaların sayını açıqladı

26 fevral, 2022 12:06

Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi infrastrukturunun 821 obyektini vurub.

“TASS” xəbər verir ki, bu barədə məlumatı jurnalistlərə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb. 

Onun sözlərinə görə, sözügedən obyektlər sırasında 14 hərbi aerodrom, 19 idarəetmə məntəqəsi və rabitə mərkəzi, 24 “S-300” və “Osa” zenit-raket kompleksi, 48 radiolokasiya stansiyası var. 

Konaşenkov bildirib ki, rusiyalı hərbçilər Ukraynaya məxsus 7 döyüş təyyarəsi, 7 helikopter və 9 PUA vurublar: “Bununla yanaşı, 87 tank və digər zirehli avtomobil, 28 reaktiv yaylım atəş sistemi, 118 ədəd  xüsusi hərbi avtomobil texnikası məhv edilib”.