Zelenski son vəziyyəti açıqladı

26 fevral, 2022 16:13

“Biz ayağa qalxdıq və düşmənin hücumlarına qarşı uğurla mübarizə aparırq. Bir çox şəhərdə döyüşlər davam edir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Feysbukda paylaşdığı video çıxışında deyib.

O bildirib ki, onlar ölkəni, torpağı, uşaqların gələcəyini qoruyurlar:

“Kiyev və paytaxt ətrafındakı əsas şəhərlər ordumuzun nəzarətdədir. İşğalçılar dövlətimizin mərkəzini bloklayıb. Biz onların planını qırdıq”.

Zelenski Rusiyaya səslənib:

“Minlərlə qurban, yüzlərlə məhkum niyə ölmək üçün Ukraynaya göndərildiklərini bilmirlər”.