Ukraynaya yardım daşıyan təyyarələr Azərbaycandan yola düşdü

26 fevral, 2022 22:13

Ümumi dəyəri 5 milyon avrodan çox olan dərman və tibbi ləvazimatlarla yüklənmiş təyyarələr Azərbaycandan havaya qalxıb.

Bildirilir ki, Bakıdan havaya qalxan İL-76 və "Boing-747" markalı iki təyyarə ümumilikdə 100 ton humanitar yardımla yüklənib.

Təyyarələr Ukraynaya humanitar yardım daşıyırlar.

Yük Polşanın Rzeşov şəhərinə, oradan isə quru yolu ilə Ukraynaya çatdırılacaq.