Bakıda Ukraynaya dəstək aksiyası keçirilib - FOTOLAR

27 fevral, 2022 17:13

Bu gün, fevralın 27-də yüzlərlə Azərbaycan vətəndaşı, ictimai-siyasi fəallar, ictimaiyyətin nümayəndələri Ukraynanın Azərbaycandakı Səfirliyinin binası qarşısında Ukrayna xalqına dəstək məqsədi ilə mitinqi keçirib. 

Mitinqdə “Putin rəd ol!”, “Ukraynaya eşq olsun!”, “Ukrayna xalqı Azərbaycan xalqı sizinlədir!” və digər şüarlar səsləndirilib.