Ukrayna Moskva ilə danışıqlara razılıq verib? - "Nümayəndə heyəti Qomelə gedir"

27 fevral, 2022 17:22

Ukrayna Belarusun Qomel vilayətində Rusiya ilə danışıqlar aparmağa razılıq verib.

Bunu Rusiya prezidentin köməkçisi Vladimir Medinski bildirib.

O, Rusiya nümayəndə heyətinin Qomelə getdiyini söyləyib.

“Hazırda marşrut hazırlanır və Ukrayna tərəfi üçün Qomel vilayətində ən optimal ərazi seçilir. Ukrayna nümayəndə heyəti maksimum təhlükəsizliklə təmin olunacaq”, - Medinski əlavə edib.

Belarusun Milli Mətbuat Mərkəzindən öz növbəsində bildirilib ki, Ukrayna nümayəndə heyəti Qomelə danışıqlara gedir.