Rusiya daha iki həmsərhəd ölkəni hədələdi - "Hərbi-siyasi nəticələri olacaq"

28 fevral, 2022 00:01

Rusiyanın Ukraynaya müdaxiləsi bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükəsi yaratdığı vaxt Moskvanın aktiv hərbi qüvvələrinin bir çox NATO ölkəsinin sərhədlərinə çatması başqa bir narahatlıq yaradır. NATO öz üzvlərini qorumaq üçün tədbirləri sərtləşdirdikcə, hərbi baxımdan neytral olan İsveç və Finlandiya da öz təhlükəsizliyini təmin etmək üçün hərəkətə keçib.

Qonşuları İsveç və Finlandiyanın NATO ilə yaxın münasibətləri açıq şəkildə Rusiyanın etirazına səbəb olub.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verdiyi açıqlamada hər iki ölkəni hədələyib: 

“Finlandiya və İsveçin NATO-ya üzvlüyünün ciddi hərbi-siyasi nəticələri olacaq və ölkəmizin cavab addımları atmasını tələb edəcək”.

Rusiya təhlükəsi Ukrayna böhranından əvvəl də bu iki ölkədə aşkar formada hiss olunurdu.

Hər iki ölkə “soyuq müharibə” dövründə nə NATO-da, nə də Varşava Müqaviləsində iştirak etmişdi. İsveç 1814-cü ildə bitərəfliyini elan etməklə dünyada yeni zəmin yaratdı. 

1917-ci ildə Rusiyadan müstəqilliyini qazanan Finlandiya da 1956-cı ildən bitərəfdir. Buna baxmayaraq, həm İsveçdə, həm də Finlandiyada NATO-ya üzvlüklə bağlı müzakirələr vaxtaşırı qızışır. Rusiyanın son addımları bu məsələni bir daha gündəmə gətirib.

Rusiyanın hücumu ilə Avropa tarixində yeni qara səhifənin açıldığını deyən İsveç Baş naziri Maqdalena Andersson bildirib:

“Belə bir durumda İsveçin təhlükəsizlik siyasətindəki xəttinin dəyişməməsi çox vacibdir”.

İsveçin uzun müddətdir ittifaqlardan kənarda qaldığını xatırladan Andersson bunun ölkəsinin maraqlarına xidmət etdiyini bildirib. Hazırkı siyasətini davam etdirmək siqnalını verən Finlandiya İsveçdən fərqli olaraq NATO-ya üzvlükdə israrlı görünür. 

Finlandiya Baş naziri Sanna Marin bu haqda deyib: 

“Finlandiyanın təhlükəsizliyi tələb edəcəyi təqdirdə üzvlük üçün müraciət etmək hüququ var”.

NATO isə bildirib ki, qərarı məhz bu iki ölkə verməlidir. Finlandiya və İsveçlə sıx əməkdaşlığı dəyərləndirən NATO baş katibi Yens Stoltenberq məsələnin öz gələcək müqəddəratını təyinetmə və suverenlik hüququ çərçivəsində olduğunu düşünür.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"