Lukaşenko Zelenskiyə nə deyib?

28 fevral, 2022 00:09

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna Prezidenti Volodimir Zelenskini əmin edib ki, Belarusdan Ukraynaya raketlər, təyyarə və helikopterlər uçmayacaq. Belarus qoşunları Ukrayna dövlətinin ərazisinə girməyəcək.

Bu barədə Zelenski Lukaşenko ilə telefon söhbətinin nəticələrindən danışarkən bildirib.

“Mən istəmirəm ki, Belarusdan Ukraynaya raketlər, təyyarələr və helikopterlər uçsun, qoşunlar girsin. O mənə bununla bağlı təminat verdi”, - Ukrayna Prezidenti deyib.

Məlumata görə, Zelenski və Lukaşenko razılaşıblar ki, Ukrayna nümayəndə heyəti rusiyalılarla heç bir ilkin şərt olmadan Ukrayna-Belarus sərhədinin Pripyat çayı rayonunda görüşəcək.