Müharibənin beşinci günü: işğalçılar hücum tempini aşağı salıb - SƏBƏBLƏR...

28 fevral, 2022 11:08

Rusiya işğalçı qüvvələri müharibənin beşinci günündə hücumun tempini aşağı salıblar, amma yenə də ayrı-ayrı istiqamətlərdə hücum cəhdlərini davam etdirirlər.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının son məlumatında deyilir.

“Hava-hücum əməliyyatları zamanı düşmən hərbi və mülki aerodromlara, qoşunların idarəetmə mərkəzlərinə, hava hücumundan müdafiə sistemi obyektlərinə, mühüm infrastruktur obyektlərinə, yaşayış məntəqələrinə və müdafiə rayonlarında bölmələrimizə atəş zərbələri endirməkdə davam edib. Düşmən beynəlxalq humanitar normaları pozaraq Jitomir və Çerniqov şəhərlərində yaşayış binalarına da zərbələr endirib”, - məlumatda bildirilir.

Baş qərargah bəyan edib ki, Rusiya qəsbkarlarının hərbi əməliyyatlarda qarşıya qoyduqları hədəfə çatmaq cəhdləri uğursuzluğa düçar olub. “Batalyon-taktiki qruplaşmaların hücumlarını hələ onların hərəkətə başladığı vaxtda uğurla dəf etmək mümkün olur, nəticədə düşmən hücumdan imtina edir. Bu günə olan məlumata görə Ukrayna ordusunun təkcə bir briqadasının artilleriya zərbələri nəticəsində düşmənin 5-dən artıq canlı qüvvə və hərbi texnika kalonu darmadağın edilib”, - məlumatda deyilir.

Qeyd olunur ki, düşmən ruhdan düşüb və böyük itkilər verir. Fərarilik və əmrə tabe olmama halları artır.

Ukrayna Quru Qoşunlarının qərargahı isə bildirir ki, müqavimətin 96 saatının arxada qaldığı bir vaxtda paytaxt Kiyev Ukraynanın nəzarətindədir. “Bu gün düşmən Kiyevin müdafiəsini yarmağa yenidən cəhd edib, dəfələrlə Rusiya qoşunlarının kalonları paytaxtın ətraf rayonlarına hücuma cəhd göstəriblər. Düşmənin bütün bölmələri nəzarət altında saxlanılıb və vaxtında zəruri tədbirlər görülüb. Vətənimizin paytaxtında vəziyyət nəzarət oluna biləndir”, - qərargah bildirir.

Quru Qoşunlarının komandanı, Kiyevin müdafiəsinə komandanlıq edən general-polkovnik Aleksandr Sirskiy əlavə olaraq onu da bəyan edib ki, Rusiya qoşunları demoralizə olub və əldən düşüb, onlar şəxsi heyət və texnika sarıdan böyük itkilər verirlər.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"