Rusiya Xarkovu bombardman edir - Dinc əhalini də qırır

28 fevral, 2022 15:09

Ukraynanın Xarkov şəhəri Rusiyanın aviasiya və artilleriya qüvvələri tərəfindən bu dəqiqələrdə atəşə tutulur. Sosial şəbəkələrdə hadisə yerindən görüntülər yayılıb.

“Ekvator” ticarət mərkəzi yaxınlığındakı əraziyə çox sayda mərmi atılıb.

Qeyd olunur ki, Rusiya ordusu yalnız Ukrayna ordusunun hərbçilərinin cəmləşmə yerlərini deyil, bütün şəhəri raket atəşinə məruz qoyubar.

Şəhərin bombalanması görüntülərini təqdim edirik: