Nüvə silahı atılarsa, insanları nə gözləyir? - Orqanizmə 5 təsiri

28 fevral, 2022 17:01

Putin nüvə raketləri qüvvələrinin hazır vəziyyətə gətirilməsi barədə göstəriş verməsi ilə III dünya müharibəsinin başlaması və nüvə müharibəsi barədə gümanları həqiqətə bir addım da yaxınlaşdırdı.

Əgər hər hansı nüvə başlığına sahib ölkə düyməyə basarsa və nüvə hücumu olarsa, dünya əhalisini nələr gözləyir? Nüvə silahı orqanizmə necə təsir göstərir, hansı xəstəliklərə səbəb olur? Bundan qorunmaq mümkündürmü?

Bakupost.az nüvə silahı partlayışlarının ətraf mühitə və orqanizmə təsirini araşdırıb.

Nüvə silahı partladığı ölkədən, ərazidən min kilometlərlə radiusda - yəni 4 tərəfə ətraf mühit və orda yaşayan insanlara dağıdıcı təsir edir. 

Ona görə də bir ölkəyə nüvə hücumu onunla qonşu bütün regiona təsirsiz ötüşmür.

ABŞ və Rusiyanın arsenalında olan nüvə başlıqları müharibədə tətbiq olunarsa, iqlim fəlakətləri, faciəvi nəticələr, elmi dildə “nüvə qışına” səbəb olacaq.

Hətta çox kiçik miqyasda və cəmi 2-3 dəfə atılacaq nüvə raketi regionda yüzlərlə yanğın törədəcək ki, yanğınlardan strotosferə atılan qazlar Günəş işığın blok edib, dünyanın böyük qismində “Qış alatoranlığı” yarada bilər.

Nüvə müharibəsi o deməkdir ki, insanlar tüstü və zəhərli hava ilə nəfəs alacaq, içməli su təminatı məhv olacaq.

Əksər insanlar nüvə partlayışı ərazisində olmasa da, sonradan “Nüvə qışının” təsirindən ciddi ərzaq və su çatışmazlığına görə aclığın olması qaçılmazdır.

Hətta kiçik ərazili regional nüvə müharibəsi – indiki halda Rusiya-Ukrayna və ya Avropa sərhədlərinə tətbiq edərsə, qlobal miqyasda 50 milyon insanın acından ölməsinə gətirib çıxara bilər.

Qlobal faciə indiki və gələcək nəsillərin də sağlamlığına ciddi təhlükə olacaq.

1983-cü ildə Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, hər bir həkim nüvə silahı tətbiqindən sonra insanlara yardım və müalicənin prinsiplərini bilməlidir.

Amma nüvə hücumu olarsa, sonradan insanlara həkimlər heç bir kömək edə bilməyəcək. Çünki nüvə partlayışının fəsadları qarşısında tibb acizdir.

Nüvə silahı atılan region və radiusda şəhərlərdə xəstəxanalar, klinkalar da yanan və ölən insanlar içində həkimlər, tibb işçiləri də olacaq. Regiona nüvə silahının atılması həm də orda olan bütün həkim, tibb işçisinin məhvi deməkdir.

Nüvə partlayışı insanı necə yaralayır: intensiv istilik və qaynar hava dəridə, gözlərdə, tənəffüs yollarında ciddi yanıqlar törədir, zərbə dalğası və küləyin təsirindən binalar, obyektlər dağılır və dağıntı xəsarətlərindən insanlar yaralanır, yüksək dozalı şüalanma nəticəsində insanlarda cəmi bir neçə ay ərzində bədxassəli şişlər və xərçəng xəstəlikləri baş qaldırır. Nəticədə insanlarda ağciyərdən tutmuş beyin, qan xərçənginə kimi ciddi onkoloji xəstəliklər diaqnoz olunur.

Radioaktiv zərərli maddələr dolayı yolla bitkilər, su, qida, hətta heyvanların əti ilə də orqanizmə daxil olacaq.

Nüvə hücumundan və nüvə raketinin partlamasından sonra böyük ərazidə ən azı 3 il radioaktiv çirklənmə pik həddə olur.

1963-cü ildən bəri nüvə silahları atmosfer səviyyəsində sınaqları aparılır, elə o vaxtdan və Çernobıl AES-də qəzadan sonra Avropa və keçmiş SSRİ- ölkələrində xərçəng xəstəliyi və uşaq xəstəlikləri tüğyan etməyə başladı.

Dünya Səhiyyə təşkilatı nüvə silahlarının fəsadlarını insan orqanizmi üçün faciəvi və geri dönüşü olmayan məhv prosesi kimi qiymətləndirib və dövlətləri nüvə silahı təcrübəsi və tətbiqindən çəkinməyə çağırıb.

Bu elə bir müharibədir ki, heç bir dərman, sarğı və əməliyyat, heç bir yüksək səviyyəli tibb onun yaralarını sağalda bilməyəcək.

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"