Zelenski Ukraynanın Aİ-yə üzvlüyü üçün ərizəni imzalayıb - FOTO

28 fevral, 2022 21:47

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın Avropa İttifaqına üzvlüyü üçün ərizə imzalayıb.

Bu barədə prezident aparatının rəhbərinin müavini Andrey Sibiqa məlumat verib.

“Zelenski tarixi sənədi - Ukraynanın Avropa İttifaqına üzvlük ərizəsini imzaladı”, - Sibiqa feysbukda bildirib.Birgə bəyanat Ali Radanın sədri Ruslan Stefançuk və Baş nazir Denis Şmıqal ilə birlikdə imzalanıb.

“Sənədlər artıq Brüssel yolundadır! Təbriklər, Ukrayna, hamımızı təbrik edirəm. İndi tarix yazılır!”, - Sibiqa əlavə edib.