Təslim olanlara 5 milyon veriləcək - Nazirdən rus hərbçilərə təklif

01 mart, 2022 00:36

Ukraynanın müdafiə naziri Aleksey Reznikov Rusiya hərbçilərinə müraciət ünvanlayıb.

bu barədə sosial şəbəkə hesabında paylaşım edən nazir Ukraynaya qarşı döyüşən rus hərbçiləri dərhal təslim olmağa çağırıb. O, təslim olan rus əsgərlərinə 5 milyon rubl təzminat ödəniləcəyini bildirib.

“Rus əsgərləri, öldürmək və ölmək üçün ölkəmizə gətirilmisiniz. Cinayət əmrlərinə tabe olmayın!” - Reznikov qeyd edib.