Zeıenski Gürcüstan və Qırğızıstandakı səfirləri geri çağırdı

01 mart, 2022 15:23

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Gürcüstan və Qırğızıstandakı səfirlərini məsləhətləşmək üçün geri çağırıb.

Bu barədə məlumatı “RİA Novosti” yayıb.

Səfirlərin çağırılmasına səbəb kimi sözügedən ölkələrin Rusiyanın Ukraynada apardığı xüsusi hərbi əməliyyatla bağlı mövqeləri göstərilir.