"Ukrayna anlamalıdır ki, tarixin təkrarlanmasından qaçmaq lazımdır" - Lavrov
01 mart, 2022 15:41
“Ukrayna tərəfi anlamalıdır ki, Minsk razılaşmaları ilə bağlı tarixin təkrarlanmasından qaçmaq lazımdır”.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-Ukrayna arasında danışıqlardan bəhs edərkən deyib.
“Rusiya Ukrayna xalqına hörmətlə yanaşır və Ukrayna vətəndaşlarının maraqlarını pozmaq niyyətində deyil”, - deyə Lavrov söyləyib.