Zelenski danışıqlar üçün ilk şərtini açıqladı

02 mart, 2022 00:03

Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın CNN telekanalına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.

Zelenski deyib: 

“Dünya artıq başa düşür ki, Rusiya prezidentini danışıqlar masası arxasına oturtmaq lazımdır. Nə qədər ki, mən də onlarla danışıqlar masası arxasına oturmağa hazıram. İlk növbədə, tam atəşkəsin olacağına dair ən azı bəzi işarələr vermək lazımdır. Təyyarələr uçarkən və bombardmanlar davam edərkən danışıqlar masasına əyləşmək olmaz”.