"Türkiyəni niyə Avropa İttifaqına qəbul etmirsiz?" - Ərdoğan
02 mart, 2022 00:39
“Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması üçün göstərilən səyləri yüksək qiymətləndiririk”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Lakin mən Avropa İittifaqı üzvlərindən soruşuram: siz niyə hələ də Türkiyəni qəbul etməyə tərəddüd edirsiniz? Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı Türkiyə üçün də göstərin. Yoxsa kimsə Türkiyəyə hücum etsə, Türkiyəni gündəmə gətirəcəksiniz?", - deyə Ərdoğan Aİ-yə iradlarını bildirib.