Rublun ucuzlaşması Azərbaycan-Rusiya ticarətinə necə təsir edəcək? - Ekspertlərin gözləntisi

02 mart, 2022 00:42

Fevralın 24-də Ukraynaya yeni hücuma görə ABŞ, Böyük Britaniya və Avropa Birliyi Rusiyaya sanksiyaları genişləndirdi. Artıq Rusiya rublunun dollara qarşı məzənnəsi kəskin düşüb. 

Hələ fevralın 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatında bildirib ki, 2021-ci ilin yekunlarına görə, iki ölkənin qarşılıqlı əmtəə dövriyyəsi 16 faiz artıb. Vurğulandığına görə, bu rəqəm təqribən 3.4 milyard dollara çatıb, qarşılıqlı kapital qoyuluşunun ümumi həcmi isə 6 milyard dollar təşkil edir.

Bəs rublun ucuzlaşması Rusiyanın Azərbaycanla ixrac-idxal əməliyyatlarına necə təsir edəcək?

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Azər Badamov "Turan"a bildirib ki, Rusiya və Ukrayna arasında müharibə hər iki ölkənin iqtisadiyyatına böyük zərər yetirir: "O cümlədən Rusiya iqtisadiyyatı dünya iqtisadiyyatından təcrid olunub və sanksiyalarla əhatə olunub. Bu da Rusiyanın iqtisadiyyatına müəyyən qədər mənfi təsirini göstərəcək".

Deputat qeyd edib ki, Azərbaycanın qeyri-neft məhsullarının ixracatçısı birinci növbədə Rusiyadır: "Ən böyük ixracat bazarımız oradır. Orada rublun qiymətinin aşağı düşməsi ixracımıza öz mənfi təsirini göstərə bilər. Yəni, rublun qiymətinin aşağı düşməsi Azərbaycandan idxal olunacaq məhsulların Rusiyada qiymətinin kəskin artmasına gətirib çıxaracaq".

Lakin komitə üzvünün fikrincə, Rusiyadan Azərbaycana gətirilən məhsulların qiymətində isə azalmalar baş verəcək: "Rublun dəyərdən düşməsi və rublun qarşısında manatın qiymətinin artması Rusiyadan idxal olunacaq malların qiymətinin ucuzlaşması ilə müşahidə olunacaq".

İqtisadçı Nazim Bəydəmirli isə "Azadlıq" radiosuna bildirib ki, sanksiyalar Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurur: "Çünki beynəlxalq ticarətinin 75 faizindən çoxu dollar üzərindədir. Həm də SWIFT-dən (Qlobal Banklararası Maliyyə Rabitəsi Assosiasiyası) kənarlaşdırmaq və logistik problemlər də Rusiyaya dağıdıcı zərbələr vurur".

Onun sözlərinə görə, Rusiya rublunun dəyərdən düşməsi ölkənin iqtisadi partnyorlarına bir növ avantaj qazandırdı: "Çünki dollar ekvivalentində daha çox mal alırlar".

Lakin iqtisadçının fikrincə, bu uzun müddət baş verə bilməz: "İstənilən müharibə uzunmüddətli olsa, müharibədə iştirak edən ölkədə qıtlıq yaradır. Belə olan halda ölkə müəyyən tədbirlər görür. Ötən il Rusiya hökuməti qıtlıqla əlaqədar taxılın ixracına aksiz vergisi tətbiq etdi və bu, Azərbaycanda çörəyin qiymətini bahalaşdırdı. Müharibə uzun müddət davam etsə, Rusiya hökuməti ixracın qarşısını alsa, bu onun ticarət partnyorları üçün problem yarada bilər".

N.Bəydəmirli qeyd edib ki, bu mənada Azərbaycan hökuməti zamanında çox ciddi səhvə yol verib: "Avropa Birliyi ölkələri ilə azad ticarət, tərəfdaşlıq haqqında təklif olunan müqaviləni imzalamayıb. Bizim ixrac etdiyimiz mallar, əsasən, Rusiyaya gedir. Rusiyada dollar bahalaşdığına görə ixrac cəlbedici olmayacaq. İstənilən ölkə qapandıqca öz daxili resurslarını inkişaf etdirməyə çalışır və idxala meylli olmur. Belə olan halda Azərbaycanın alternativ bazarı olmayacaq".

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI