"NATO Ukraynadakı müharibəyə müdaxilə etməyəcək" - Olaf Şolz

02 mart, 2022 15:39

"Almaniya, NATO və digər ölkələr Ukrayna hadisələri ilə bağlı hərbi müdaxilə planlaşdırmır"

Bunu Almaniya kansleri Olaf Şolz bildirib.

O, İsrailə səfəri zamanı İsrail Baş naziri Naftali Bennetlə birlikdə keçirdiyi mətbuat konfransında deyib:

"Biz hərbi hücum etməyəcəyik, bu, NATO üçün doğru addımdır, bunu etməyəcək, başqa bir addım bu vəziyyətdə səhv olardı".