"Azadlıq radiosu"ndan Azərbaycana qarşı növbəti qərəz - ABŞ terrorçuları müdafiə edir

02 mart, 2022 17:05

ABŞ Konqresinin maliyyələşdirdiyi, əsas fəaliyyəti Cənubi Qafqaz və Şərq ölkələrində süni insidentlər yaratmağa hesablanan “Azadlıq radiosu”nun erməni xidməti növbəti dəfə Azərbaycan ərazi suverenliyinin əleyhinə qərəzli reportaj hazırlayıb. Reportajda bildirilir ki, ermənilərin Qarabağda səngər qazmasının, hərbi obyektlər salmasının qarşısını almaq məqsədilə Azərbaycan səsgücləndiricilər vasitəsilə onlara müraciət edib və bu, onlarda qorxu yaradıb. Eyni zamanda, Azərbaycan torpaqlarında azan oxunması ermənilərdə narahatlıq yaradıb.

Reportajın əvvəlində açıq şəkildə deyilir: “Bu tədbirlərin Qarabağdakı erməni yaşayış məskənində doğurduğu reaksiya barədə “Azadlıq radiosu”nun erməni xidmətinin hazırladığı reportajı təqdim edirik”.

Əvvəla, reportajı radionun erməni xidməti hazırladığına görə, orada heç bir doğru-dürüst, qərəzsiz məlumatlardan söhbət belə gedə bilməz. Bu reportajda da ermənilər “məzlum”, “günahsız” və “qurban” kimi təqdim edilir. Hazırda erməniərin də yaşadığı torpaqlar Azərbaycanın suveren ərazisidir, gec-tez həmin ərazilərdə də ölkə qanunlarının işləyəcəyi heç bir şübhə doğurmur. Ermənilərin Azərbaycan torpaqlarında səngər qazması, silahlı birləşmələr üçün hərbi sığınacaqlar, obyektlər salması onların qisasçı niyyətlərindən xəbər verir. Belə olan halda, Azərbaycan tərəfinin sivil müraciəti heç bir təəccüb yarada bilməz. “Azadlıq radiosu”nun sahibi ABŞ da başda olmaqla, bütün Qərb ölkələri zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyiblər.

İkincisi, ermənilər bu səngərləri məhz Rusiya sülhməramlılarının olduğu ərazilərdə qazırlar. Reportajda Qarabağdakı erməni rejimin nümayəndəsi Hunan Tatevosyan deyir: “İndi polis əməkdaşları səngərdədirlər. Rrus sülhməramlılar azərbaycanlılarla danışığa girərək bu təxribata son qoymalarını tələb edirlər”.

Göründüyü kimi, H.Tatevosyan səngərlərin qazıldığını, hazırda ermənilərin orada olduğunu etiraf edir. Amma Azərbaycan heç bir təxribat törətmir ki, rus sülhməramlıları azərbaycanlılarla danışıq aparsın. Bütün təxribatları ermənilər məhz elə rus sülhməramlıların himayəçiliyi altında həyata keçirirlər. Əgər hər hansı təxribatın qarşısını almaqdan söhbət gedirsə, ilk növbədə ermənilərin təxribatlarının – hərbi obyektlər hazırlamasının qarşısı alınmalıdır.

“Azadlıq radiosu”nun bu mövqeyi təəccüblü deyil, çünki Qərbin əsas böhtan ruprlarından olan bu radio zaman-zaman Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və ərazi suvrenliyinin əlayehinə materiallar hazırlayıb. Azərbaycan daxili işlərinə qanunsuz müdaxilə radionun ənənəvi mahiyyəti ifadə edir.

Diqqət çəkən məqam odur ki, “Azadlıq radiosu” məhz ən həssas məqamlarda Azərbaycanı hədəf seçir.  İstənilən rakursdan yanaşanda (hüquqi, siyasi, mənəvi) “Azadlıq radiosu”nun ölkəmizdəki qeyri-qanunidir və bu, Azərbaycan qanunları ilə hüquqi məsuliyyət yaradır.

Ən acınaqlısı odur ki, “Azadlıq radiosu”nun erməni mənafeyinə xidmət edən reportajını özlərini “jurnalist” adlandıran bizim marginal qrupların üzvləri, antimilli qüvvələrin təmsilçiləri də sosial şəbəkələrdə bəh-bəhlə paylaşırlar. Maraqlıdır ki, Azərbaycan cəmiyyəti də belələrinə qarşı heç bir milli həssaslıq nümayiş etdirmir. Əgər bu hadisə Ermənistanda olsaydı, şəksiz, erməni cəmiyyəti öz jurnalistlərini linç edərək onları ən ağır tədbirlərlə tənbeh edərdilər.

Bundan başqa, “Azadlıq radiosu”nun Azərbaycan xidmət ölkə telekanallarını “Rusiyanın mövqeyini təbliğ etməkdə” günahlandırır. Heç şübhəsiz, “Azadlıq radiosu”nun indiki məqamda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi ABŞ-ın və Qərbin bəzi dairələrinin təzyiqi kimi qiymətləndirilməlidir.

Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan tutduğu praqmatik mövqe ABŞ-ı qıcıqlandırmaya bilməz. Amma hər kəs anlamalıdır ki, Azərbaycanın mövqeyi milli hədəflərə və sabitliyə hesablanıb. Ölkəmiz heç bir hərbi ittifaqda təmsil olunmur, çoxvektorlu siyasi addımlarla öz sabit mövqeyini qorumağa çalışan Azərbaycanın ədalətli mövqeyi çoxlarını qane etmir. Bundan sonra da belə olacaq.

Azərbaycan Ukraynaya ən böyük dəstəyi humanitar yardımlar şəklində ola bilərdi. Təcili yardım və yanğınsöndürən maşınlara benzinlə təmin edilməsini də Azərbaycan həyata keçirir. Azərbaycan rəsmi olaraq, ümumilikdə Ukraynaya 11 milyon manatlıq (6,5 milyon dollar), 24 ton humanitar yardım göndərib. Məsələ bu konteksdə də yanaşmaq lazımdır: Azərbaycanın Ukraynaya dəstəyi sülhə, insanların sağlamlıqlarına qovuşmasına xidmət edir. Bəs Qərbin Ukraynaya dəstəyi özünün necə göstərir? Təbii ki, hazırda Ukraynanı silah-sursatla təmin edən məhz Qərb ölkələridir. Və Ukraynanı Rusiya ilə müddətsiz döyüşə məcbur edirlər. Nəticədə günahsız insanlar öldürülür, ölkənin altı üstünə çevrilir. Əcəba, ABŞ, Qərb ölkələri niyə Rusiya ilə birbaşa danışıqlara gedərək müharibəni dayandırmır? Səbəbləri çoxdur. Məsələn, o səbəblərdən biri də Ukraynanın Qərbdən borclanmasına hesablanıb.

Yaxşı olardı ki, dünyada terrorizmin, inqilab ssnerailərinin mahir dirijoru ABŞ və Qərb ölkələri haqqında obyektiv reportajlar hazırlasın.

Müəllif: Samir Feyruzov

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"