Putin Bennetə sülh şərtlərini açıqladı
02 mart, 2022 23:19
Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Naftali Bennett arasında telefon danışığı baş tutub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Vladimir Putin münaqişənin həlli şərtləri - Rusiyanın təhlükəsizlik maraqlarının qeyd-şərtsiz nəzərə alınması, Ukrayna dövlətinin demilitarizasiyası və denazifikasiyası, onun neytral və qeyri-nüvə statusunun təmin edilməsi, habelə Krım məsələsi və Donetsklə Luqanskın Ukrayna tərəfindən tanıması ilə bağlı prinsipial mövqeyini açıqlayıb.
Telefon əlaqəsi İsrail tərəfinin təşəbbüsü ilə baş tutub.