Ukrayna ərazisinə nə qədər raket atılıb?

02 mart, 2022 23:27

Rusiya qoşunlarının hücumu başlayandan bəri Ukrayna ərazisinə 180-dən çox raket atılıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunur ki, raketlər hərbi obyektlərlə yanaşı, mülki infrastruktur və yaşayış məntəqələrinə düşüb, itkilər var.

Qərargah əlavə edib ki, cari gün ərzində 30-a qədər döyüş təyyarəsi Ukraynanın hava məkanını əsasən Belarus Respublikası tərəfdən pozaraq mülki əhalini bombalayıb.