Semyon Peqovun kanalı Qarabağda təxribatlar törədən zaman niyə bloklanmırdı?

03 mart, 2022 14:31

37 yaşlı Rusiya vətəndaşı Semyon Peqov rəhbərlik etdiyi “WarGonzo” kanalı vasitəsilə Ukraynadakı vəziyyətlə bağlı çaşdırıcı situasiya yaratmaq üçün təxribatçı videolar yayırdı. Məhz buna görə “Youtube” tərəfindən onun kanalı bloklandı.

Görünür, S.Peqovun kanalının bloklanması üçün onun mütləq şəkildə hansısa xritstian ölkəsində təxribatçı fəaliyyətlə məşğul olması lazım imiş.

Məsələ bundadır ki, S.Peqov eyni təxribatçı hərəkətlərini İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan torpaqlarında da həyata keçirirdi. Bəs həmin vaxt S.Peqovun kanalı niyə bağlanmırdı? Axı bütün dünya görürdü ki, S.Peqov “WarGonzo” kanalı vasitəsilə erməni hərbi birləşmələrinin mülki əhalini hədəf alan terrorçu addımlarını dəstəkləyir və təbliğ edir.

S.Peqov cəmi 8 gündür Ukraynada təxribatçı fəaliyyətlə məşğuldur. Ancaq bizim torpaqlarda 44 gün ərzində (daha da artıq) eyni və daha emosional təxribatlarla məşğul idi.

S.Peqovun Ukraynadakı təxribatlarını cəmi 8 gün ərzində görən Qərbin sosial platforması olan “Youtube” onun Qarabağdakı təxribatlarını 44 gün ərzində görə bilmirdi?

O, 44 günlük müharibədə sonra Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə Xabarovskda və digər şəhərlərdə erməni kriminal birləşmələri tərəfindən mühafizə olunurdu.

S.Peqov Ağdam yaxınlığında qanunsuz xidmət aparan erməni hərbi birləşmələrinin üzvləri ilə görüşüb şəkillər çəkdirir, Azərbaycan Ordusunun mövqelərini də lentə alır və Gəncədə, Bərdədə öldürülən mülki əhalinin terrora məruz qalmasına haqq qazandırırdı.

Burada iki mühüm detal diqqət çəkir:

- Bu, Rusiyanın Azərbaycana qarşı situasiyaya uyğunladırılmış ayrı-seçkilik siyasətinin praktiki elementlərindən biri idi. Moskva bununla insident “minaları” formalaşdırırdı, ermənilərdə psixoloji üstünlük əldə etməyə çalışırdı. Eyni zamanda Rusiyanın müxtəlif şəhərlərində gənc azərbaycanlılar gənclər qətlə yetirilirdi. Erməni maqnatların sifarişi ilə qətlə yetirilən azərbyacanlıların qatilləri məsuliyyətə də cəlb edilmirdilər.

- Bu, Qərbin müsəlman-türk ölkələrinə olan münasibətinin ifadəsidir. Peqov sabah Türkiyədə də eyni fəaliyyətlə məşğul olsa idi, onun kanalı bağlanmayacaqdı. Necə ki Peqovun Şərq ölkələrindəki anarxist fəaliyyəti bu günə qədər heç vaxt bloklanmamışdı. Görünən budur ki, şərq-müsəlman ölkələri bundan sonra Qərin bütün təşkilatlarının ən üst məqamında yer alsalar da, onları heç vaxt avropalı kimi qəbul etməyəcəklər. Milli strategiyanın daha səmərəli şəkildə qurulması bu baxımdan çox önəmlidir. Qərb Krımı, Donetksi, Luqanskı Rusiyaya bağışlamaq istəmir, amma 30 il ərzində Qarabağın ermənilərin işğalı altında qalmasına göz yumurdu. Rusiya ilə bərabər.

Rusiya Ermənistanı, oradakı qərbyönümlü qüvvələri Moskvanın orbitinə çəkmək üçün Azərbaycanın qələbəsindən bəhrələndi.

Rusiya-Ukrayna müharibəsi bir çox vacib nümunələri də ortaya çıxardı. Bu haqda daha sonra.

Əgər Qərbin niyyəti ciddirsə, o zaman S.Peqovun həbsinə də nail olsunlar. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və o, axtarışa verilib.

Müəllif: Samir Feyruzov

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"