Rusiyada dollar tapılmır... - "Mərkəzi Bank ölkədən valyuta çıxışını nəzarətə götürməlidir"

03 mart, 2022 14:48

"Qərbin sanksiyalarından sonra rəsmi Moskva bütün vasitələr ilə ölkədən valyuta axınının qarşısını almağa çalışır. Bununla belə, Moskva birjasının artıq 4-cü gün bağlı qalması Rusiya Mərkəzi Bankının sanksiyaların təsirlərinin azadılması üçün hələlik strategiyasını tam müəyyənləşdirmədiyindən xəbər verir".

"Azsiyaset" azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə iqtisadçı, deputat Vüqar Bayramov Qərbin tətbiq etdiyi ağır sanksiyaların Rusiya iqtisadiyyatına mümkün təsirlərini şərh edərkən bildirib. Onun sözlərinə görə, Moskvada birjanın fəaliyyətinin bərpasınını rublun rəsmi məzənnəsinin daha da ucuzlaşdırmasına və səhm bazarında ciddi silkələnməsinə səbəb olacağından ehtiyatlanırlar.

"Reallıqda isə, rəsmi məzənnəyə rəğmən rublun "qara bazar"da daha dəyərsizləşməsi müşahidə olunur. Belə görsənir ki, müharibə davam edəcəyi halda rubl daha da ucuzlaşacaq", - iqtisadçı vurğulayıb.

Millət vəkili xatırladır ki, bu gün “Reuters” agentliyi Rusiya Mərkəzi Bankının xarici valyuta alışına 30 faizlik kommisiya haqqı tətbiq etməsi barədə xəbər yayıb: "Agentlik requlatorun banklara bu barədə məktub göndərdiyini bildirib. Bununla, Mərkəzi Bank Rusiyada dollara olan tələbi müəyyən qədər azaltmağa çalışsa da, digər tərəfdən artıq "qara bazar"da rubl xarici valyutalara qarşı daha da ucuzlaşır. Dünəndən isə Rusiyada nağd formada 10 min dollardan artıq valyuta çıxarmaq qadağan edilib. Sanksiyaların güclənəcəyi halda bu rəqəm daha da kiçilə bilər. Görünən odur ki, Rusiya hökuməti indiki halda inzibati metodlar ilə ölkədən valyuta çıxışını minimumlaşdırmağa çalışır".

Vüqar Bayramov hesab edir ki, Rusiyada müşahidə edilən valyuta qıtlığı və dollara artan tələb fonunda Azərbaycan Mərkəzi Bankının da qabaqlayıcı tədbirlər görməsi vacibdir: "3 milyard dollara yaxın xarici ticarət dövriyyəmiz olan Rusiyaya illik ixracatımız 800 milyon dollardır. Əvvəlki illərdə fermerlər və eləcə də bir sıra sahibkarlar rubl ilə ödənişlərə üstünlük verirdilər və daha sonra o vəsaitləri dollara konvertasiya edirdilər. Rusiyada dollar qıtlığının dərinləşməsi riskləri yüksək olduğu üçün Azərbaycan Mərkəzi Bankı da requlativ mövqeyindən istifadə edərək ölkədən dollar çıxışının optimallaşdırılmasını daha da tənzimləməlidir. Neftin qiymətinin yüksək olması ölkəyə daha çox dolların daxil olmasına imkan yaratsa da belə regiondakı son dəyişikliklər fonunda xarici valyutanın ölkədən axınına imkan verilməməsi daha da aktuallaşıb".

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"