Putin Zelenski ilə niyə görüşmür?

04 mart, 2022 11:31

Ukrayna Prezidenti Volodimir Zelenski müharibəni dayandırmaq üçün rusiyalı həmkarı Vladimir Putinə müraciət edib. Paytaxt Kiyevdə xarici jurnalistlərə müsahibə verən Zelenski Putini danışıqlara çağırıb. 

"Bizdən nə istəyirsən? Torpağımızı tərk et. İndi getmək istəmirsənsə, mənimlə danışıqlar masasına əyləş. Mən azadam. Mən normal adamam, mənimlə otur, danış. Nədən qorxursunuz? Biz heç kimi təhdid etmirik, biz terrorçu deyilik. Biz bankları ələ keçirmirik. Başqalarının torpaqlarını da ələ keçirmirik. Makronla danışdığın kimi 30 metrdən danışma, biz qonşuyuq. Gəl, mənimlə danış", - deyə Zelenski vurğulayıb.

Lakin Zelenskinin görüş təklifinə Rusiyadan hələlik müsbət reaksiya gəlməyib. 

Bəs, Putin Zelenski ilə görüşə razılıq verəcəkmi?

Bu barədə modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, həm Kiyevin, həm də Moskvanın tələbləri bəllidir. İndiki durumda ortaq nəticədə gəlmək elə də asan məsələ deyil:

“İki tərəfin də tələblərində ciddi fikir ayrılıqları var. Heç kəs öz fikrindən dönmək niyyətində deyil. Buna görə də, danışıq aparmaq Putin üçün əlverişli görsənmir. Bilir ki, Zelenski öz mövqelərindən dönən deyil. Çox güman ki, onun bir məqsədi var və buna doğru irəliləyir. Putin öz planında hər hansı dəyişiklikllər etmək niyyətində deyil”.

Politoloqun sözlərinə görə, hazırda Zelenskinin əsas istəyi atəşkəsdir:

“Zelenski gördüklərini, yəni hərbi əməliyyatların nəticələrini ön plana çəkərək vurğulayıb ki, danışıqlara hazırdır. Bu sadəcə olaraq, Zelenski üçün hərbi əməliyyatları dayandırmaq naminə bir şans və ya vasitədir. Ukrayna Prezidenti özü məqsədinin hərbi əməliyyatları dayandırmaq olduğunu bildirib. Ancaq, qarşı tərəf, çox güman ki, hərbi əməliyyatları dayandırmaq istəmir, yaxud bunu lüzum bilmir. Ona görə də, danışıqlar aparmaq mənasız görsənir”. 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"