Rusiya öz ərazisində "Facebook"a girişi blokladı

04 mart, 2022 22:45

Roskomnadzor Rusiya mediasına girişin məhdudlaşdırılmasına cavab olaraq “Facebook”u Rusiyada bloklamaq qərarına gəlib.

Bu barədə Roskomnadzorun saytında xəbər yayılıb. Məlumata görə, 2020-ci ilin oktyabr ayından indiyə qədər sosial şəbəkə tərəfindən Rusiya mediasına qarşı 26 diskriminasiya faktı qeydə alınıb.

“Son günlər “Facebook”da “Zvezda” telekanalı, “RİA Novosti” xəbər agentliyi, “Sputnik”, “Russia Today”, “Lenta.ru” və “Gazeta.ru” informasiya resurslarının hesablarına girişi məhdudlaşdırılıb”, - deyə məlumatda bildirilib.