"Mən rus xalqına səmimi qəlbdən arzulayıram ki, xaosa düçar olsunlar, ac-susuz qalsınlar" - Ukraynalı jurnalist

05 mart, 2022 00:26

Ukraynanın tanınmış telejurnalisti Dmitri Qordonun "İndiki zaman" telekanalına müsahibəsi:

- Aparıcı:

- Mən Sizin Belarus prezidenti Lukaşenko ilə müsahibənizi xatırlayıram. Demək olar ki, müsahibənin gedişində o, Sizi inandırmağa çalışırdı ki, Belarus heç vaxt Ukraynaya qarşı müharibəyə getməyəcək. Amma hal- hazırda biz ən azından Belarus

ərazisindən Ukraynaya doğru uçan raketləri görürük. Necə düşünürsüz, Lukaşenko nədən belə etdi?

- Qordon:

- Lukaşenko yaramazdır, yalançıdır, Belarus prezidenti vəzifəsində legitim deyil. O, prezident deyil, çünki seçilməyib. Yüz minlərlə Belarus sakinləri insan etirar aksiyalarına çıxıb və bu etirazlar yatırılıb. Lukaşenko anlayır ki, vəzfədə qalmağın yeganə yolu Putinin süngüləri üzərində ola bilər. Onun üçüb vacib olan bir şey var- hakimiyətdə qalmaq. Putindən başqa bunu ona zəmanət verən kimsə yoxdur. Yerdə qalanlar onun üçün ikincidərəcəlidir. Heç bir vədlər özünü doğrultmur. Bir şey özünü doğruldur-  Putinə sədaqət.

- Aparıcı:

- Belə düşünürəm ki, sizin o müsahibənizdə o qədər də kəskin suallar səslənmədi. Siz bu barədə öz mövqeyinizi bildirmədiyinizə görə peşiman deyilsiniz ki?

- Qordon:

- Mən Lukaşenkonın yanına o zaman gəldim ki, Ukraynada ona ən böyük,  dəstək vardı, ukraynalıların 60 faizindən çoxu ona hörmətlə yanaşırdı. Bu elə bir insan idi ki, Putinə meydan oxuyurdu. Və ona demişdi ki, heç vaxt İttifaq dövlətinin yaranmasına razı olmayacaq. Həm də özünü Ukraynaya münasibətdə yaxşı tərəfdən göstərmişdi. Mən Belarusun legitim prezidentinin yanına gəlmişdim. O da Ukraynaya və ukraynılalara yaxşı münasibət göstərirdi. Ukrayna ərazisində Poroşenko ilə, Zelenski ilə görüşləri olub. Ona görə də o vaxtlar vəziyyət normal idi. Amma mən ona istədiyum bütün sualları verdim.

- Aparıcı:

- Bu yaxınlarda cənab Xodorkovski qonağınız olub. Biz hamımız onun göz yaşlarını gördük. Bütün bu reaksiyaları, həm də ukraynalı olmayan,- fərqi yoxdur, söhbət biznesmenlərdən, yoxsa sadə insanlardan gedir,-  yəni rusiyalılar və belaruslar tərəfindən göstərilən münasibəti, üzrxahlığı, yaxud rusiyalılar tərəfindən aqressiya göstərənləri, Putinin Ukraynaya hücum etməsinə haqq qazandıranları Siz necə dəyərləndirərdiniz?

- Qordon:

- Baş verənləri anlayan Rusiyanın adekvat vətəndaşları açıq deyirlər ki, Putin hərbi cinayətkardır. Putin təkcə Ukraynaya qarşı yox, həm də bütün sivil dünyaya qarşı cinayət törədib. Qeyri- adekvat rusyalılara gəldikdə, nə demək olar, onlar 20 il ərzində kütləvi surətdə təbliğata məruz qalıb və onları almanlarla müqayisə etmək olar. Hebbels təbliğatı almanların beyinlərini zəhərlədiyi kimi, rusiyalıların da beyniləri çox zəhərlənib. Biz bununla nə edə bilərik ki? Mən indi bir çox sadə rusların çıxışına qulaq asıram. Hamısı dəli adamlardır, təmiz dəlidirlər. Zəhər onların iliyinə işləyib.

Biz öz ölkəmizi müdafiə etməliyik. Onlarla isə sonra danışarıq. 

- Aparıcı:

- Yaxşı, sonradan bu söhbət necə ola bilər? Biz bu günlər Ukraynada baş verənlərlə bağlı çoxlu nifrət olduğunu görürük, bu da əməli söhbətə imkan vermir. Necə hesab edirsiz, kiminlə və nədən danışmaq lazımdır?

- Qordon:

- Bu gün Ukraynanın Putinlə danışması mənasızdır. Putin bir şey istəyir- Ukrayna dünya xəritəsində olmasın. Onun başqa vəzifəsi və məqsədi yoxdur. O, hər hansı keçid şərtlərə razılaşmayacaq. Putinlə bugün Baydenlə Tszinpin danışmalıdır.Mən Putinlə danışa biləcək başqa adam tanımıram. O, daha heç kimi dinləməyəcək. Mən çox istərdim ki, bizim Qərb tərəfdaşlarımız Ukrayna səmasını bağlasınlar. Biz bunu çox istərdik. Amma onlar öz milli maraqlarından çıxış edir. Mən onlardan nə tələb edə bilərəm ki? Onsuz da Rusiyaya qarşı hətta Hitler Almaniyasına qarşı tətbiq olunmayan sanksiyalar tətbiq edilib. Mən rus xalqına səmimi qəlbdən arzulayıram ki, xaosa düçar olsunlar, yoxsul, ac- susuz qalsınlar.

- Aparıcı:

- Dmitri, gəlin, nifrət oyatmayaq. 

- Qordon:

- Yox, bağışlayın, mən nifrət oyatmıram. Mən demək istəyirəm ki, bütün xalqlar bədəl ödəməlidir. Əgər onlar Putini və onun Ukraynaya qarşı apardığı müharibəni dəstəkləyirlərsə, qoy onlara pis olsun. Qoy onlar buna görə cavab versinlər. Qoy anlasınlar ki, Putin Ukrayna xalqına hansı bədbəxtlik gətirib.

P. S.

"İndiki zaman" "Azad Avropa" radiosu / "Azadlıq" radiosu media korporasiyasının "Amerikanın səsi"nin iştirakı ilə Praqa şəhərində fəaliyyət göstərən rusdilli telekanaldır. Telekanal ABŞ Konqresi tərəfindən maliyyələşdirilir.

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"

05 yanvar

13:18 - ABŞ Venesuelada nə qədər insanı qətlə yetirib? 13:16 - Bu, ABŞ-Azərbaycan əməkdaşlığının əsas sütunlarındandır12:55 - Maduronun həbsi neft qiymətlərinə necə təsir edəcək?

02 yanvar

13:44 - "Təkcə Ermənistan hökuməti ilə deyil, həm də xalqı ilə sülh bağlayırıq" - Prezidentin köməkçisi13:41 - Qazaxıstan Rusiyadan yan keçən marşrutla bağlı sənəd imzalamaq istəyir - Layihəyə Azərbaycan da daxildir13:39 - "Ukrayna üzərində Çin dronları uçur, çünki..." - Dmitri Jmaylo