Azərbaycanın Xarkovdakı konsulluğunun binası vuruldu - FOTOLAR

07 mart, 2022 00:05

Azərbaycanın Xarkovda yerləşən fəxri konsulluğunun binasının yerləşdiyi əraziyə endirilən hava zərbələri nəticəsində fəxri konsulluğun binası ciddi dağıntılara məruz qalıb. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsi məlumat yayıb.

Eyni zamanda, konsulluq əməkdaşına məxsus avtomobil istifadəyə yarasız hala düşüb. Fəxri Konsulluğun əməkdaşları xəsarət almayıb və hazırda təhlükəsiz yerdədirlər.